Ölkə

Lənkəranda 15 yaşlı oğlan özünü güllələdi - VİDEO - FOTO - YENİLƏNİB

15 Dekabr 2017 16:45
2 Şərh     Baxış: 3 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:45

Lənkəranda yeniyetmə ehtiyatsızlığın qurbanı olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, bədbəxt hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.

15 yaşlı Heydər Axundov 11:00 radələrində evdən xəbərsiz çıxaraq quş ovuna gedib. Axşam saatlarında yaxınları Heydərin evə gəlmədiyini görərək onu axtarmağa başlayıb. Bir neçə saat davam edən axtarışdan sonra yeniyetmənin cansız bədəni evdən 300 metr aralıda Xəzər dənizinin sahilində tapılıb. Məlum olub ki, o ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb. Nəticədə Heydər Axundov suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq hadisə yerində ölüb. Meyit müayinə olunmaqdan ötrü səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Artıq hadisə ilə bağlı Lənkəran Rayon Prakurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

---------

13:16

Lənkəranda 15 yaşlı uşaq özünü güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, dekabrın 14-də Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini, 15 yaşlı Heydər Axundov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Lənkəranda 15 yaşlı oğlan özünü güllələdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.