Ölkə

"İki bank kompensasiyaların verilməsində pozuntulara yol verib"

15 Dekabr 2017 12:58
1 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmanətlərin Sığortalanması Fondunda hazırda audit tədbiri başa çatmayıb, proses davam edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatıb: "Müəyyən olunub ki, Fond tərəfindən iki bankın müştərilərinə kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib. Bu faktların ciddiliyini nəzərə alaraq Hesablama Palatasının Kollegiyası bu materialları hüquq-mühafizə orqanlarına göndərilməsi ilə bağlı qərar qəbul edib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.