Ölkə

"Sevinin ki, kişinizin sevgilisi də qadındır" - Azərbaycanlı aktrisanın GİZLİ MESAJI - FOTO

15 Dekabr 2017 12:10
15 Şərh     Baxış: 9 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qalmaqallı açıqlamaları ilə diqqət çəkən aktrisa Könül Yusifqızı yenə öz ampluasındadır.

Milli.Az xəbər verir ki, açıqsözlü aktrisa bu dəfə həyat yoldaşı xəyanət edən qadınlara müraciət edib.

Niyəsini özünüz oxuyun:

"Ay xanımlar, siz allah kişilərinzin xətrinə dəyməyin, incitməyin.. Boşu-boşuna qısqanmayın. Əgər kişinizin hansısa qadınla gəzdiyini mesajlaşdığını bilsəniz, əsəbləşməyin, dava, müsibət etməyin, kişini pisikdirməyin. Nazıyla oynayın, başına dolanın, vallah. İndiki zəmanədə qadınla yazışan, görüşən, yatan kişi üz ağlığıdır, fəxr mənbəyidir. Sevinin, bəli-bəli, sevinin ki, kişinizin sevgilisi də qadındır. Sevinin ki, kişiniz xanıma meyillidir. Qadına meyilli kişinizə yağdan, baldan, qozdan yedirdin. Polad döyüldükcə bərkiyər. Belə kişiyə uzağı şorgöz, babnik deyəcəklər, təki desinlər.

Hansı xoş olar? Uşağınıza desələr, atan babnikdir, yoxsa atan rəngarəngdir?

P.S. Odur ki, sakitcə durun incitməyin kişiləri. Axı lap az qalıblar (gülür)".

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.