Ölkə

Aşıq Əli saz çala bilməyən həmkarını döydü - Canlı yayımda Zaurdan ŞOK İDDİA - FOTO

15 Dekabr 2017 10:58
1 Şərh     Baxış: 8 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün "5/5" verilişinin qonaqıarından biri aşıq Əli olub.

Milli.Az xəbər verir ki, aparıcı Zaur Kamal Əlini canlı yayımda çıxılmaz duruma salıb. Belə ki, aparıcı aşığa  "Eşitdiyimə görə, bir aşığı yaxşı saz çala bilmədiyi üçün aparıb döymüsən? Hadisədən xəbərdaram. Bəyənməmisən deyə?" sualı ilə müraciət edib.

Zaurun sualı qarşısında qəfil üz cizgiləri dəyişən aşıq Əlinin çaşqınlığı ekran önündə əyləşən tamaşaçıların da diqqətindən qaçmayıb. Lakin Əli Zaurun sualını cavabsız qoymayıb:

"Döymüsünüz nədir e... Mən döymək işinə baxmıram. Ümumiyyətlə, mən efirə baxanda, hansısa musiqiyə qulaq asan zaman nəsə səhv görəndə əsəbləşirəm. O ki qaldı aşıq ola, saz ifaçısı ola. Bir də sənə deyim, arada Aqşinə də, Azərə də aşıq deyirsən. O saz ifaçısıdır sadəcə. Mən özümə də aşıq demirəm". 

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.