Ölkə

İki cinayətin üstü birdən açıldı

13 Dekabr 2017 14:56
0 Şərh     Baxış: 1 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron Rayon Polis İdarəsinə Xırdalan ərazisində şəhər sakini Əliş İmanova məxsus "OKA" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılaraq istintaqa təhvil verilib.

Polis İdarəsində aparılan araşdırmalarla onun Xırdalan şəhər sakini Yunis İmanov olduğu müəyyən edilib. Aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 20-də şəhər ərazisindən Saray qəsəbə sakini Ağabəy Kələntərliyə məxsus "VAZ-2106" markalı avtomobili qaçırması da aşkar edilib.

Polis əməkdaşları tərəfindən "OKA" markalı avtomobil Yasamal rayonu ərazisində tapılaraq maddi sübut kimi götürülüb.

Y.İmanovun "VAZ-2106" markalı avtomobili isə hissələrə bölərək metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Həmin avtomobilin bəzi hissələri onun yaşadığı evin həyətindəki zirzəmidən aşkar olunaraq maddi subut kimi götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.