Ölkə

Goranboyda ağır qəza: 3 nəfər öldü, 2-si qardaşdır

13 Dekabr 2017 10:52
0 Şərh     Baxış: 2 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:52

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Qaraqucaq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Elçin Maşallah oğlu Əsgərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - sürücünün qardaşı Tural Maşallah oğlu Əsgərov Kamil Elman oğlu Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq ölüblər. 

Faktla bağlı araşdırma aparılır.

----------

09:09

Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Səfikürd kəndində ağır tonnajlı yük avtomobili "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ"da olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.