Ölkə

Məşhur drift pilotu azərbaycanlı "avtoş"ları kamikadzeyə bənzətdi - FOTO

13 Dekabr 2017 07:07
0 Şərh     Baxış: 2 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10 illik drift təcrübəsi olan tanınmış idmançı, drift üzrə üçqat Ukrayna çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı, "Red Bull" komandasının sürücüsü, ötən həftə Küveytdə keçirilən "Red Bull Car Park Drift 2017"nin final yarışının hakimlərindən biri Oleksandr Qrinçuk (Aleksandr Qrinçuk) azərbaycanlı avtoxuliqanları həyatından bezmiş şəxslər adlandırıb.

Milli.Az bildirir ki, vaxtilə, 2012-ci ildə ölkəmizdə səfərdə olan peşəkar driftçi azərbaycanlı pilotlardan yalnız "avtoş"ların fəaliyyəti ilə tanış olduğunu deyib: "Bəli, tanışlığım var - "avtoş"larla. Onlar həyatlarından bezmiş adamlardır. Axı ön hissəsi yüklənməmiş, qabağı qaldırılmış avtomobili sürmək olmur. Belə avtomobildə necə sürətlə getmək olar?! Onlar həyatından həddən çox bezmiş insanlardır, əsl kamikadzelərdir".

Onun sözlərinə görə, Azərbaycanda avtoidman yarışları üçün trek olmasa da, başlanğıc üçün hər hansı qapalı meydandan istifadə etmək olar.

İlkin İzzət, Küveyt-Bakı-Küveyt
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.