Ölkə

Azərbaycanda evlənmək istəyən 103 nəfərdə QİÇS tapıldı

11 Dekabr 2017 16:29
0 Şərh     Baxış: 2 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu il ərzində nikaha daxil olmaq üçün 127 173 nəfər müayinədən keçib ki, onların da 13 794 nəfərində talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 şəxsdə isə QİÇS tapılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, bu il ailə həyatı qurmaq istəyən 38 cütlükdə talassemiya daşıyıcılığı aşkar edilib.
Z.Əlimirzəyeva qeyd edib ki, noyabr ayında 10 738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib. Müayinədən keçənlərin 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.

İnstitut direktoru əlavə edib ki, bu müddət ərzində 23 hamilə qadında perenatal müayinə aparılıb: "Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam olub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.