Ölkə

Bakıda gənc oğlan metroda qatar relsinə yıxıldı - YENİLƏNİB

11 Dekabr 2017 10:08
1 Şərh     Baxış: 13 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:08

Bakıda gənc oğlan metroda qatar relsinin üzərinə yıxılıb.

Milli.Az bildirir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə "İçərişəhər" stansiyasında baş verib:

"Hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib. 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb. Xoşbəxtlikdən o, heç bir xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib".

----------

09:14

Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında səhər saatlarında qorxunc hadisə qeydə alınıb.

Milli.Az xəbər verir ki, təxminən 23-24 yaşlarında gənc oğlan özünü platformaya daxil olan qatarın altına atıb. Lakin səlahiyyətlilərin ayıq-sayıqlığı faciəvi ölümün qarşısını alıb. 

Polislər intihara cəhd edən gəncin ifadəsini alırlar.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.