Ölkə

Canlı yayımda tamaşaçı ilə Zaur arasında GƏRGİNLİK: Səni görəndə əsəbləşirəm - FOTO

9 Dekabr 2017 12:16
44 Şərh     Baxış: 35 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Zaur Kamalın verilişi gərgin anları ilə yadda qalıb.

Milli.Az xəbər verir ki, aparıcı qonağı Damlaya "Azərbaycanda 1 nömrə müğənni kimdir?" deyə soruşub. Müğənni "Yeni kliplər çəkdirən, tez-tez yeni mahnılar yazdıran bir nömrədir" cavabını verib.

Zaur "Yəni sən?" deyə Damladan soruşub. Müğənni "Mən də o üçlükdə varam. Üçlükdə olmaq özü birinci deməkdir elə" sözləri ilə Zaurun suallarından yaxa qurtarmağa çalışıb.

Lakin aparıcı "Damlanın dediklərindən belə çıxır ki, Azərbaycanda "nömrə 1" mənəm" sözləri canlı yayımda gərginliyi daha da artırıb.

Belə ki, studiyadakı kişi tamaşaçılardan birinin Zaura "Demədi" söyləməsi aparıcını özündən çıxarıb:

- Nətər demədi?! Səni mən görəndə əsəbləşirəm. 

Tamaşaçı: Düz söz deyəndə əsəbləşirsiniz.

- Tamaşaçımsansa, mənim sözümə "hə" de.

Tamaşaçı: Elə şey yoxdur. 

- Onda niyə gəlmisən bura? Get evində otur bax. 

Aparıcı ilə tamaşaçı arasındakı gərginlik bu dialoqdan sonra səngiyib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.