Ölkə

Xəstəxanaya yerləşdirilən millət vəkilindən XƏBƏR VAR

8 Dekabr 2017 15:31
5 Şərh     Baxış: 4 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atamın vəziyyəti getdikcə yaxşılaşır. Artıq onu reanimasiya şöbəsindən çıxardıb, palataya yerləşdiriblər".

Milli.Az xəbər verir ki, bu sözləri yenicag.az-a açıqlamasında millət vəkili Yevda Abramovun qızı Bəsdi Abramova atasının səhhəti haqqında danışarkən deyib. O, bildirib ki, heç bir narahatlığa əsas yoxdur:

"Şükürlər olsun ki, hər şey yaxşıdır. Bu gün də yanında olmuşuq. Həkimlər bağırsağında ciddi problemlər olduğunu deyirdi.

Əməliyyatı uğurlu keçdi. İndi də analizlərinin cavabını gözləyirik. Hazırda reanimasiya şöbəsindən çıxarılıb və palataya köçürülüb. Sağ olsunlar, həkimlər ona ciddi nəzarət edir. Atama görə narahat olub, maraqlananların hər birinə təşəkkür edirəm".

Qeyd edək ki, səhhətində ciddi problemlər yaranan millət vəkili dekabr ayının 7-də Milli Onkologiya Mərkəzinə yerləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.