Ölkə

Pulsuz efir vaxtı ləğv olunacaq?

7 Dekabr 2017 16:24
0 Şərh     Baxış: 1 349

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, iclasda qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, onlara dövrü nəşrlərdə pulsuz yer ayrılmasının ləğvinə dair fikirlər səsləndirilib.

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məsələyə aydınlıq gətirib.

Şöbə müdiri bildirib ki, bununla bağlı Seçki Məcəlləsində nəzərdə tutulmuş pulsuz efir vaxtı, dövrü nəşrlərə pulsuz yerlər olduğu kimi qüvvədə saxlanılır.
 
"Qeydə alınmmış namizədlərin istifadə etdikləri pulsuz efir vaxtının, dövrü nəşrlərdə pulsuz yerin dəyəri dövlət tərəfindən ödəniləcək. Bu Prezident, bələdiyyə, Milli Məclisə seçkilərin keçirilməsi və referendum üçün təşkilat qurumlarına aid məsələdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.