Ölkə

Professor-müəllimlər işə dəvət olunur

7 Dekabr 2017 16:14
0 Şərh     Baxış: 1 277

Təhsil Nazirliyinin SABAH qruplarında 2017 - 2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub.

Mİlli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak üçün son müraciət tarixi 17 dekabrdır.

Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, Fəlsəfə doktoru və Elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcək.

Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu 2 fənn üçün müraciət edə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.