Ölkə

Nağılbazın anası: "Atası da, mən də çox yorulmuşuq"

7 Dekabr 2017 13:45
10 Şərh     Baxış: 5 415

Son günlər şəxsi həyatı ilə bağlı yayılan xəbərlərlə gündəmdən düşməyən repçi Anar Nağılbazın Respublika Klinik Xəstəxanasında müalicəsi davam edir.

Milli.Az xəbər verir ki, sənətçinin anası Şərqiyyə Cəlilovanın cebhe.info-ya verdiyi məlumata əsasən, Nağılbaz özünü hazırda kafi hiss edir.

"Anar hələ ki, xəstəxanadadır. Müalicəsi davam edir, ona sistemlər köçürülür. Səhhətinin necə olacağını bilmirəm, Allah özü bilən məsləhətdir", - deyə Ş.Cəlilova deyib. 

Söhbət əsnasında o da məlum olub ki, baş verən hadisələrdən A.Nağılbazın atası, keçmiş millət vəkili Rizvan Cəbiyev də narahatdır:

"Anarın atası, Rizvan müəllim bu söz-söhbətlərdən yorulub. Çox yorulmuşuq. Yaşlı adamlarıq. Belə şey olmaz ki?! İki tərəfin də fikrini bilmədən elə şeylər yaymaq lazım deyil".

Yeri gəlmişkən, xatırladaq ki, Anar Nağılbaz 2015-ci ildə Praqda səhhəti ilə əlaqədar müalicə alarkən, atası R.Cəbiyev oğlunun siyasi sığınacaq alması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib etmişdi.

"Anar dövlətini sevən, vətənpərvər oğuldur. İnanmıram Vətəninə qarşı nə isə pis addım atsın. Yox, əgər o belə bir iş görsə, öz dövlətinin əleyhinə bircə bədxah hərəkət etsə, onu oğulluqdan çıxararam. Anar elə uşaq deyil ki, ölkəsinə dövlətinə xələl gətirsin. Həm də, bir ata kimi onu başa düşürəm. Anar işsizlikdən çıxıb getdi. Ona bir dəfə Türkanda 160 manat maaşı olan iş verdilər. O da onun heç yol pulunu ödəmirdi. Ailəsi, uşaqları var idi. Azərbaycanda rep deməklə ailə dolandırmaq olmur. Bir yandan da səhhətindəki problemlər onu çox sıxırdı. Hamı Anarın necə vətənpərvər olduğunu bilir", - deyə o bildirmişdi.

Yeri gəlmişkən, intim videosu ilə gündəmə gələn Anar Nağılbaza qarşı tərəfin tələ qurduqlarını iddia edənlər də var. Repçinin porno-görüntülərini yayanların məqsədi isə onun Avropadan siyasi sığınacaq almasına mane olmaqdır. İddianın nə qədər əsaslı olduğunu söyləmək isə çətindir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Edo · 7 Dekabr 13:4900

    Nablak na necadi hayatdida

    Cavab yaz
  • Anonim
    Kenan · 7 Dekabr 13:5664

    Başini ağzini dilini hara geldi soxma ay anar

    Cavab yaz
    • Anonim
      Kenana · 7 Dekabr 15:2830

      Sənə oxşayıb

      Cavab yaz
  • Anonim
    Vəfa · 7 Dekabr 13:5741

    Mərdi qova-qova namərd edərlər(.Allah mərdiməzardan qorusun.

    Cavab yaz
  • Anonim
    SEVİL · 7 Dekabr 14:3250

    Vaxtında ağıllı olaydı ,savad alaydı ,bir işin qulpundan yapışaydı ..Lap xəstəxanadan çıxdı gəldi evə ,yaşlı ata ana bu boyda kişini saxlayası ha deyil ki .O gərək indi valideynlərinin əziyyətini çəksin .

    Cavab yaz
    • Anonim
      ••• · 7 Dekabr 18:4500

      Ay sağ ol, deyirem de-mesel varee, ferli oğul neyler ata malini, fersiz oğul neyler ata malini, bunlarda deyesen qardaşlar hamisi ata eline baxir

      Cavab yaz
  • Anonim
    100% · 7 Dekabr 15:5131

    Dostlarin qurub yegin senin bu bash ayaq cekilmish vidyonu

    Cavab yaz
  • Anonim
    Reka · 7 Dekabr 16:4420

    Kənan dilini qoy qarnına.Elə heey intim video yazırlar.Mən heç nə görmədim.

    Cavab yaz
  • Anonim
    Tamaşaçı · 7 Dekabr 17:5820

    Dad!! yararsız övlad əlindən...

    Cavab yaz
  • Anonim
    alla · 7 Dekabr 21:4410

    naqilbaz lap naqila donub allah hec kimseye xeyirsiz evlad vermesin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.