Ölkə

3 il əvvəl öldürülən qadın və 4 qızının cəsədləri basdırıldığı yerdən çıxarıldı - FOTO

7 Dekabr 2017 12:09
24 Şərh     Baxış: 23 388

Salyanda 3 il əvvəl qətlə yetirilən ana və 4 qızının cəsədləri basdırıldığı yerdən çıxarılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, meyitlər Salyan Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının nəzarəti altında şəhərin Tale Davudzadə küçəsindəki evin zirzəmisindən çıxarılıb.

Meyitlər ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb.

Qeyd edək ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.
Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

24 Şərh:

  • Anonim
    Ayten · 7 Dekabr 12:1471

    Eksik necede insan oz uwagina qiyar

    Cavab yaz
  • Anonim
    Roya · 7 Dekabr 12:14121

    Allah rehmet elesin.bu ne vehsilikdi,kim toredib bu cinayeti?

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 7 Dekabr 12:14143

    Bu ata ile oqulu das qalaq edib oldursunler, dehsettt yasatmasinlar mutleq oldursunler torpaqda gezmesinler manyaklar,ruhi xeste Bele vehsilik olar???

    Cavab yaz
    • Anonim
      Qalib (İsmayıllı) · 8 Dekabr 11:2910

      onsuz da, onların payını həbsdə verəcəklər. Səbirli ol.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli (Samaxi) · 8 Dekabr 11:4210

        Allah elesin ölsünlər yeqin ki ömürlük hebs vererler

        Cavab yaz
  • Anonim
    $.$.$. · 7 Dekabr 12:14132

    bu alcaq ər desin görək bu beş qadını niyə öldurub də. bir insan ki öz övladlarına qarşı bu cur vəhşilik edib ana balaları zulmlə öldurub bunun cəzası ÖLUMDUR!!!

    Cavab yaz
  • Anonim
    asi · 7 Dekabr 12:28154

    Bu hadisə insalıq haqqında bütün yüksək fikirləri alt üst edir..Insan doğulmaq hələ insan olmaq deyil..Bəzən analar oğul doğdum deyib fəxrlə gəzdikləri halda əslində vəhşi cani doğduqlarından xəbərsiz olur məsumcasına..Və ata qardaş namusu kirlənməsin deyə damın altında məhkum olunan qızlar da onların doğulmasında maddi vəsait olan Aysel demişkən o ağ izin daşıyıcı parazitinin əli ilə ölür..Lənət olsun bu cür şərəfsizlərə..Kaş ölüm hökmü olaydı, bunların hərəsini iki maşına bağlayıb əks istiqamətə sürəydilər...

    Cavab yaz
  • Anonim
    ? · 7 Dekabr 12:42141

    O ağlaşanlar kimdi? İndi yadlarına düşüb? 3 ildə demədilər heç bu beş nəfər qohumumuz hanı? Bu qədər yiyəsizlik bu qədər dərəbəylik olar?

    Cavab yaz
  • Anonim
    menn · 7 Dekabr 12:5760

    Mence oldurmesinler bu alcaqlari. Olum cox kicik ceza olar. Onlara her gun cismani ceza verib alcaldaraq yawatmaq lazimdir. Onlar olum arzulamalidirlar Allahdan verilen zulmden azad olmaq ucun.

    Cavab yaz
  • Anonim
    du er ikke alene · 7 Dekabr 12:5850

    deyecek soz tapmiram,dehwet,caniliyin bu qederi olmaz.

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 7 Dekabr 13:0560

    mütləq ölüm hökümü qüvvəyə minməlidi, belə insanların yaşamaqa haqları yoxdu, ( əgər bu hadisə həqiqətəndə olubsa) düzdü bu insanları içəridə yupka geyindirəcəklər, amma yenədə bu vəhşiləri asmaq lazımdı.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 7 Dekabr 13:16130

    Wekildeki vay wuven edanlara baxln bir.3 ildi biri maraglanlb kokune chlxmaylb ki qohumlar hardadl.Adam 2 gun qonwusunu gormuyende narahat olur ki haralardadl

    Cavab yaz
    • Anonim
      ? · 7 Dekabr 16:0460

      Elə mən də onu deyirəm. 3 ildə beş nəfərin taleyi bunları narahat etməyibmi? İndi vay şüvən salırsan

      Cavab yaz
      • Anonim
        Aydlndl · 7 Dekabr 17:5902

        Duz deyirsen

        Cavab yaz
    • Anonim
      Elcin · 8 Dekabr 02:3230

      Duzgun demirsuz. Bu cinayetin ustu ele o qohumlarin sayesinde acilib. Onlarin veclerine olmasaydi hec Xosqedemin de verlisine cixmazdilar. Bu cinayet isini polisler yaxsi arasdirmaliydi qohumlar yox.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 8 Dekabr 11:3130

        Ozude kisi deyib ki guya arvad qizlarida goturub Turkiyeye gedib ona gore o yaziqlar ne bilsin cunki Xosqedem Turkiyye sefirlik ve Beynelxalq hava yollari vasitesiyle acdi sirri ki bele insanlar olkeden cixmayib Qohumlarda gunah yoxdu.Mencede.

        Cavab yaz
  • Anonim
    Aydlndl · 7 Dekabr 13:1750

    Bunlara edam rahat olum olar.Bunlarl wir qefesine atmaq lazlmdl.

    Cavab yaz
  • Anonim
    ........ · 7 Dekabr 15:5650

    aglasanlar yalandan deyilen qeyret soyleriyle allah bilir olenlerin arxasinca neler danisiblar allah pis insanlarin belasini versin allah pis mexluqdah haminin ailesini balasini qorusun

    Cavab yaz
  • Anonim
    ........ · 7 Dekabr 15:5630

    bir canliya qiymaq quranda gunah sayilir

    Cavab yaz
  • Anonim
    Niko · 7 Dekabr 17:1930

    Belesi vehşileri diri diri basdirmaq lazımdı.

    Cavab yaz
  • Anonim
    Süleyman · 7 Dekabr 18:4810

    Belə dəhşətli məxluqları doğub böyüdən qadının üzünə baxmaq istərdim.

    Cavab yaz
    • Anonim
      Qalib (İsmayıllı) · 8 Dekabr 11:3100

      Doğub- böyüdən ölüb..

      Cavab yaz
  • Anonim
    Anar · 7 Dekabr 22:5210

    Bunda vicdan deyilən bir şey yox idimi?

    Cavab yaz
  • Anonim
    hemid · 8 Dekabr 09:3600

    Allah rehmet etsin onu Allah biler cezasin verer( Namus sohbeti ola biler)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.