Ölkə

Xırdalanda yanğında zəhərlənələr arasında tibb bacısı və polis əməkdaşı da var - YENİLƏNİB - VİDEO - FOTO

7 Dekabr 2017 15:23
2 Şərh     Baxış: 5 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:23

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında baş vermiş yanğında tüstüdən zəhərlənələr arasında təcili tibbi yardımın tibb bacısı və polis əməkdaşı da var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onlar - tibb bacısı, 27 yaşlı Həsənova Mətanət İsrafil qızı və 23 yaşlı polis əməkdaşı Heydərli Bəhruz Bayram oğludur.

Tüstüdən zəhərlənən 9 nəfərdən 6-na tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfərin müalicəsi Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsində davam etdirilir.
 
 
Qeyd edək ki, bu gün Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 36 nəfər bina sakinini təhlükəsiz əraziyə təxliyə edib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

---------

14:13

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb.

Milli.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 36 nəfər bina sakinini təhlükəsiz əraziyə təxliyə edib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

-----------

12:04

Abşeron rayonunun Xırdalan şəhərində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, yanğın hadisəsi zamanı bina sakinləri təxliyə edilib və alovun qarşısı alınıb: "Yanğın tam söndürülüb. Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib".

Xatırladaq ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğın sonradan mənzillərə keçib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildi

Xırdalanda 9 nəfərin zəhərləndiyi yanğında sakinlər belə təxliyyə edildi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.