Ölkə

Azərbaycana 33 sm hündürlüyündə qar yağdı

7 Dekabr 2017 10:48
12 Şərh     Baxış: 3 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən də Milli.Az-a xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 06-sı gündüzdən 07-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar isə yağıb, bəzi yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0-2, Böyük Qafqazda 6-24, Naxçıvan MR-da 2-9, Lənkəran-Astara zonasında 2-14, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 1-6, Qazax-Gəncə zonasında və Naxçıvan MR-da 1-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Şahdağda 33, Xınalıq, Sarıbaşda 28, Ləzə, Qırızda 20, Xaltanda 19, Qonaqkənddə 18, Nohurdüzü, Kişçayda 17, Altıağacda 14, Qusarda 12, Gədəbəydə 8, Qudyalçay-Qırız məntəqədə 6, Ağdərə, Rvarudda 6, Təngəaltı, Daşkəsən, Yardımlıda 5, Ordubadda 4, Qubada 3, Kəlvəzdə 2, Şahbuzda 1 sm olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.