Ölkə

"Qadın yataqda bir az sərbəst olan kimi, kişi soruşur ki, bunu kimdən öyrənmisən?" - Xanım psixoloq

7 Dekabr 2017 11:26
21 Şərh     Baxış: 19 899

Adətən psixoloqları sirr qutusu hesab edirlər. Çünki bir çox peşə sahiblərindən fərqli olaraq psixoloqlar həm də sirr saxlamağa məcburdular. Xüsusən də ailə psixoloqları.

Bəs, görəsən, son vaxtlar adi hala çevrilmiş ailə münaqişələrinin və boşanmaların əsl səbəbləri nədir? Doğrudanmı qeyd edildiyi kimi, əksər hallarda boşanmalara səbəb ailənin maddi durumunun aşağı olmasıdır?

Milli.Az xəbər veirr ki, ölkə.az-ın bu və digər suallarını tanınmış ailə psixoloqu Sevinc Baxışova cavablandırır.

- Sevinc xanım, istərdim əvvəlcə ailələrdəki psixoloji durumdan danışaq. Psixoloq kimi kənardan baxanda orta statistik Azərbaycan ailəsinin psixoloji durumu nə yerdədir?

- Nə yerdə olduğu məlum məsələdir. Boşanmaların sayı, baş verən hadisələr göstərir ki, əslində, durum heç də yaxşı deyil. Bunun da müxtəlif səbəbləri var. Adətən, məhkəmə çəkişmələrində boşanmaların səbəbi kimi maddiyyat göstərilir. Ər ailəyə yaxşı baxmırdı, övladlarının sosial rifahını təmin edə bilmirdi və sair. Ancaq əsl səbəb maddiyyat deyil. Bunun tam gizli tərəfi var ki boşanarkən heç bir tərəf bunu açıq-aşkar deyə bilmir.

- Məsələn?

- Dediyim gizli səbəblərin başında intim münasibət uyğunsuzluğu gəlir.

- İntim uyğunsuzluq daha çox rast gəlinən ailələr bölgələrdədir, yoxsa paytaxtda?

- Həm bölgələrdə, həm şəhərlərimizdə bu kimi hallar var. Sadəcə, şəhərdə bu kimi uyğunsuzluğu tərəflərdən hansısa müəyyən dərəcədə büruzə verirlər. Bölgələrdə isə heç vaxt belə səbəblər dilə gətirilmir.

- Sizcə belə halların yaşanmasına səbəb toy kasetindən qız bəyənib evlənmək kimi "adətlər" deyilmi? Yəni, gənclər bir-birinin xarakterini, düşüncəsini öyrənmədən, uyğunlaşmadan ailə qururlar və nəticədə belə problemlər yaranır.

- Siz dedikləriniz də doğrudur. Ancaq bir məqama xüsusi diqqət yetirmək lazımdır. Əvvəl də ailələrin məsləhətiylə evlənənlər çox idi. Amma həmin ailələrin 50-60 il ömrü olur. İndiki virtual danışıqlar, sonra görüşmələrdən yaranan evliliklər var ki bir neçə aydan sonra uyğunsuzluğu səbəb gətirərək boşanırlar. Fikrimcə, ailə məsləhətiylə qurulan ailələr daha davamlıdır.

- Uyğunsuzluqdan daha çox qadınlar şikayət edir, yoxsa kişilər?

- Deyərdim ki, daha çox qadınlar şikayət edir. Ailə psixoloqu kimi müraciət edənlərin anonimliyi təbii ki, qorunur. Amma ümumi mənzərəni göz önünə gətirərək deyə bilərəm ki, qadınlar uyğunsuzluqdan daha çox narazıdırlar. Bizdə mentalitet deyilən bir şey var da. Nə qədər cəhd etsək də, intim münasibətlərdə tam sərbəst ola bilmirik. Qadının yataqda sərbəst davranışı kişinin pis mənada diqqətinə səbəb olur və dərhal sual olunur ki, bunu haradan öyrənmisən? Amma düşünmür ki, indi hamının hər şeydən xəbəri olduğu zamandır.

- Böyük yaş fərqliylə qurulan ailələrdə bu mənada vəziyyət necədir? Yəni, böyük yaş fərqiylə ailə qurmaq da səbəbdirmi?

- Yaş fərqi elə də problem sayılmır.

- Məsələn, gənc subay qız və yaşlı, həm də ailəli kişi münasibətləri davamlı ola bilirmi? Söhbət təbii ki, rəsmi münasibətdən getmir.
- Tanıdığım 18 yaşlı qız 52 yaşlı kişiylə görüşür.

- Sizcə qız sevir, yoxsa bu, maddi təmənnadan irəli gəlir?

- Həmin qız atasız böyüyüb, kişi isə onun bütün sosial problemlərini həll edir. Qız deyir ki, mən ondan özümə qarşı böyük dəstək, güvən hiss edirəm.

- Bəs həyat yoldaşına xəyanət edən qadınlar səbəbi necə izah edirlər?

- Cinsi uyğunsuzluğu əsas gətirirlər. Xəyanət elə-belə addım deyil. Deməli, ciddi səbəb var ki, qadın xəyanət edir. Məsələn, qadının həyat yoldaşıyla evliliyi yalnız kağız üzərindədir, həkim isə tövsiyyə edir ki, mütləq intim münasibət yaşamalısan. Bəs xanım nə etməlidir?

- Yəqin ki, məşhur insanlar və onların ailələri də sizə müraciət edirlər.

- Bəli, belə müraciətlər də çox olur. Amma deyim ki, insanın hissləri kasıba, varlıya, məmura, fəhləyə baxmır. Təbii ki, ad çəkməyəcəyəm.

- Bəs həm maddi durumu yerində olan, həm həyat yoldaşından lazımi diqqəti görən qadınlar sizə müraciət edirmi? Yəni, sırf macəra naminə xəyanət edən qadınları nəzərdə tuturam. Bəs onlar hansı səbəbi göstərirlər?

- Bəli, elə pasientlərim də var. Bax bu hal qəbulolunmazdır. Onlara da izah edirəm ki, doğru yolda deyilsiniz. Əgər qadın maddi və fiziki mənada təmin olunursa, diqqət və qayğı görürsə, eyni zamanda xəyanət edirsə, bunun adı macəra axtarmaqdır. Elə ailələr tanıyıram ki, çox kasıbdılar. Amma kənardan baxanda hiss edirsən ki, yüksək səviyyədə anlaşma var. Çünki sırf təmiz sevgi üzərində ailə qurublar.

- Deyirlər ki, xəyanət etməyən kişi yoxdur. Sizcə doğru deyimdir?

- Bəli, doğru deyimdir. Bu, kişilərə təbiətdən gələn bir xüsusiyyətdir. Amma kişi bunu ailədə büruzə verirsə, təbii ki, doğru deyil.

- Sizcə kişilərin xəyanət etməsində zahiri amil rol oynayırmı?

- Xeyr, ola bilər ki, kişinin həyat yoldaşı dünyanın ən gözəl qadınıdır. 

- Bəs vəziyyətdən çıxış yolu nədədir? Əgər ailədə xırda anlaşılmazlıq varsa, tərəflər hansı addımı atmalıdırlar ki, məsələ böyüməsin?

- Bəzən münasibətlər heç nədən pozula bilər. Bunu oturub danışmaq, problemin kökünü araşdırmaq və çözmək lazımdır. Və indi deyəcəyim məqam xüsusən vacibdir. Kişi ailədə kişiliyini bildirməli, dominantlıq etməlidir. Ailədə dominantlığı bacaran kişilərin ailələri bütöv olur.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

21 Şərh:

  • Anonim
    fs · 7 Dekabr 11:333220

    "Butun kisiler xeyanet edir "fikri ile razi deyilem

    Cavab yaz
  • Anonim
    Molla Əmi · 7 Dekabr 11:54820

    Ayip yaa.. Bu toppuş psixoloq millətin bütün məhrəm sirlərini açdı tökdü. Olmaz belə.

    Cavab yaz
    • Anonim
      ....... · 7 Dekabr 12:3750

      Sən əmi deyilmişsənki...Əmi ayip yaa deməz.

      Cavab yaz
  • Anonim
    H · 7 Dekabr 11:542811

    Kiwiler xeyanetkar olur.onu duz dedi hamisi xeyanet edir

    Cavab yaz
  • Anonim
    Ümumi hamiya · 7 Dekabr 11:5514

    Gəlsin Lady L çıxışlarını gözləyirik

    Cavab yaz
    • Anonim
      $$$ · 7 Dekabr 23:5230

      sen lap olurmussen ki lediden otru

      Cavab yaz
  • Anonim
    asiye · 7 Dekabr 11:5682

    asi gel esil senlik movzudu ureyun gedir de erotik movzulardan oteri

    Cavab yaz
    • Anonim
      asi · 7 Dekabr 12:3477

      Məndən qabaq sən yazdığına görə bir daha fikirləş...Ağzının da zibilini tökmə buralara..Mənim istənilən mövzudan ürəyim gedə bilər, yetər ki, orada sən uzaq, normal fikirli insanlar olsun...

      Cavab yaz
    • Anonim
      asi · 7 Dekabr 12:4066

      Məqaləni özün yaxşı-yaxşı oxu, səndən şübhələnən olmasın))...

      Cavab yaz
  • Anonim
    O insan · 7 Dekabr 11:56281

    Ne kiwinin nede qadinin xeyaneti duzgun deyil

    Cavab yaz
  • Anonim
    Molla Əmi · 7 Dekabr 12:3591

    ".....kişi isə onun bütün sosial problemlərini həll edir."... kənarda pulla arvad saxlamağa nə qəşəng ad qoyub hormətli psixiatr xanımımız.

    Cavab yaz
  • Anonim
    Xanim · 7 Dekabr 12:51351

    Kisi o adamdir ki ailesine ,qadinina sahib cixsin,nefsinin elinde aciz qalmasin,beyninde bele qadinina xeyanet etmesin,Sevildiyini bilen hec bir qadin xeyanet etmez,erine bagli olar,qadin qulagi ile sever,qulagi ile de nifret eder,bosanmalarin 90 faizi kisilerin ucabtindan olur,hec bir qadin ailesini dagitmaq istemezz

    Cavab yaz
  • Anonim
    Ereboğlu · 7 Dekabr 14:0642

    Bu xanimdan çox xoşum gəlir. Şirin xanimdi melahetlidi

    Cavab yaz
  • Anonim
    8d · 7 Dekabr 14:36112

    O duzgun fikir deyil ki,qadin sevildiyini bilerse,xeyanet etmez. Cox vaxt eksine olur,mehz sevildiyine gore arxayinlawib yeni macera axtariwina cixir. O qeder qaninda murdarliq olan qadinlar var ki,xow gununden,hansisa fantaziyalarina gore pis yola duwurler erli ola-ola. Bele meselelerde birmenali fikirler soylemek duz deyil.Her cur sebeb ve sebebsizlik var.Insanlarin ferqli psixoloqiyasi var,heyat cox murekkebdir.

    Cavab yaz
    • Anonim
      Yi · 8 Dekabr 14:0920

      Bes kiwiler?belr temizdiler?

      Cavab yaz
  • Anonim
    8d · 7 Dekabr 14:5800

    werh

    Cavab yaz
  • Anonim
    dovran · 7 Dekabr 16:2965

    Azerbaycanda bu daqiqa kishi de qadin da xeyanet edir.

    Cavab yaz
  • Anonim
    ... · 7 Dekabr 22:2711

    Siz harda isleyirsiz bes sizinle nece gorusmek olar?

    Cavab yaz
  • Anonim
    taryel · 8 Dekabr 09:5630

    - Deyirlər ki, xəyanət etməyən kişi yoxdur. Sizcə doğru deyimdir? - Bəli, doğru deyimdir. İkiniz də haqsızsınız! ...

    Cavab yaz
  • Anonim
    malades · 8 Dekabr 11:0932

    "Qadının yataqda sərbəst davranışı kişinin pis mənada diqqətinə səbəb olur və dərhal sual olunur ki, bunu haradan öyrənmisən? "..... Düz demirsiz, xanım psixoloq. Bu sizin şəxsi fikrinizdir.

    Cavab yaz
  • Anonim
    Ləli · 8 Dekabr 11:5532

    başlıqla tam razıyam

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.