Ölkə

Azərbaycanda dövlət hesabına böyrək köçürülən xəstələrin SAYI açıqlandı

5 Dekabr 2017 13:49
0 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bu günə kimi 100-dən artıq xəstəyə dövlət hesabına böyrək transplantasiyası uğurla icra ediliib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliiyndən Trend-ə verilən məlumata görə, belə xəstələrdən biri olan Qasım Ağamət ovüzərində bu günlərdə transplantasiya əmliyyatı aparılıb.

Əməliyyat akademik M.Cavadzadə adına Uroloji Mərkəzdə Mircəlal Kazımı tərəfindən aparılıb.

O qeyd edib ki, həmin xəstə 15 il hemodializ olunub: "Belə ki, uzun müddət dializdə olan xəstələrdə ürək damar çatmamazlığı əmələ gəlir. Bu xəstənin də ürək fəaliyyəti 30%, damarları isə keyfiyyətsiz olub.

Texniki çətinliyə baxmayaraq, xəstəyə bacısından alınan böyrək müvəffəqiyyətlə nəql edilib. Xəstə artıq normal vəziyyətdə evinə yazılıb. O, bundan sonra həyatına normal, sağlam insan kimi davam edəcək".

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.