Ölkə

Bakı Ali Neft Məktəbində “Donor günü” keçirildi - FOTO

5 Dekabr 2017 11:53
Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbində (BANM) "Donor günü" adı altında növbəti xeyriyyə aksiyası - qanvermə aksiyası keçirilib. Aksiya Səhiyyə Nazirliyinin Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə SOCAR-in birgə təşəbbüsü əsasında baş tutub. "Donor günü"ndə BANM-in kollektivi könüllü olaraq bu humanist aksiyaya qoşulublar.

Milli.Az xəbər verir ki, aksiya Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar həkim briqadasının köməyi ilə bütün sanitar qaydaların tam təminatı şəraitində baş tutub.         
         
Qeyd edək ki, BANM-də keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən və davamlı olaraq qan köçürülməsinə ehtiyyacı olan uşaqlara dəstək olmaqdır. Şirkətin humanitar və sosial layihələri çərçivəsində həyata keçirilən qan verilməsi xeyriyyə aksiyası hər il SOCAR-in bütün müəssisələrində olduğu kimi BANM-də də davamlı keçirilir. Ali Məktəbin müəllim-professor heyəti və digər əməkdaşları bu tip aksiyalarda hər zaman fəal iştirak edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.