Ölkə

Bakıda yeni radionun təqdimatı keçirilib - FOTO

30 Noyabr 2017 10:27
0 Şərh     Baxış: 1 307

Ötən gün Bakı Olimpiya Stadionunda "10Line" radionun təqdimat mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə çıxış edən "10Line" radionun təsisçisi İbrahim Əzimov radionun qısa tarixçəsindən danışıb:

""10Line" radio (10line.az) 2015-ci ildən yayımdadır. Sadəcə olaraq, bu vaxta qədər geniş auditoriya nəzərdə tutulmamışdı. Bu ilin ilk aylarında 150 mindən çox dinləyiciyə xidmət edən və 24 saat yayımda olan radio nəinki Azərbaycanda, həmçinin, Avropa və MDB ölkələrində də maraqla dinlənilir. Onlayn radio olaraq tez bir zamanda dünya onlayn radio siyahısında, xüsusilə, Avropada diqqəti üzərimizə çəkməyi bacarmışıq".

İ.Əzimov radionun yaradılmasındakı məqsədlərini də gizlətməyib: "Radionu təsis etməkdə məqsədimiz Azərbaycanda ölü vəziyyətində olan klub mədəniyyətini inkişaf etdirməkdir. Diqqət yetirsək, hazırda gənclərimiz alternativ əyləncə yerləri tapmaqda çətinlik çəkirlər. Bu səbəblə də məqsəd Azərbaycanda yüksək səviyyəli tədbirlərin təşkilini həyata keçirməkdir ki, gənclər asudə vaxtlarını düzgün intellektual səviyyədə dəyərləndirə bilsinlər. Onlayn radio isə buna bir vasitə kimi seçilib. İnkişaf perspektivi də klub mədəniyyətinin düzgün formalaşmasına yönəlib. Buna görə də radioda milli və xarici klub xarakterli hər üslubda mahnılar səslənilir. Hazırda Azərbaycan dilində verilişlər yayımlanır. Gələcəkdə əlavə olaraq rus və ingilis dillərində verilişlərin yayımını planlaşdırırıq".

Təsisçi əlavə edib ki, son illər dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda EDM janrında mahnıların dinləyciləri getdikcə artır və rəhbərlik də bunu nəzərə alıb: "Radionun rəhbəri Gözəl Əzimovanın təşəbbüsü ilə gündəlik yayımda EDM janrında mahnılardan daha çox istifadə edirik. Çünki EDM janrı sırf klub musiqi mədəniyyəti ilə vəhdət təşkil edir".

Qeyd edək ki, aktrisa Günay Pirizadənin aparıcısı olduğu tədbirdə ictimai xadimlər, iş adamları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.