Ölkə

İşçiləri "ZARA"ya 18 min "atıb"

23 Noyabr 2017 18:24
0 Şərh     Baxış: 1 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində işlədikləri "ZARA" mağazasından 17 min 700 manat mənimsəmədə təqsirləndirilənlər - İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın məhkəməsi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı adıçəkilən şəxslərə cəza istəmək üçün çıxışa hazır olmadığını bildirib.

İttihama görə, təqsirləndirilən şəxslər mağazada olan malların bir hissəsini kassadan kənar sataraq  pulunu mənimsəyiblər.  İstintaq dövründə isə 17 min 700 manat ziyanı geri ödəyiblər. Buna görə də onların heç biri həbs edilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.