Ölkə

Qubada yeni mövsümün ilk qarı - VİDEO

23 Noyabr 2017 11:42
17 Şərh     Baxış: 4 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 22-də Quba rayonunda yeni qış mövsümü ərəfəsində ilk qar yağıb.

Milli.Az xəbər verir ki, dünən axşam saatlarından yağmağa başlayan qar bir müddət sonra dayanıb. Qar yağışı yollarda nəqliyyatın hərəkətinə heç bir maneçilik yaratmayıb. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Sarıbaş və Xınalıqda 22, Şahdağda 21, Qusarda 6, Gədəbəydə 5, Başdaşağıl və Altıağacda 4, Daşkəsən və Kişçayda (Şəki) 2, Qubada 1 sm təşkil edib.

Milli.Az Qubadakı təbiət hadisəsinin portalın daimi oxucusu Hikmət Musayev tərəfindən qeydə alınmış video görüntülərini təqdim edir:

Yusif Nəsirli
Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Qubada ilk qar -1

Qubada ilk qar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.