Ölkə

Natiq Qədimov dəfn olundu - YENİLƏNİB - FOTO

23 Noyabr 2017 14:43
26 Şərh     Baxış: 11 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:43

Ötən gün vəfat etmiş APA TV-nin əməkdaşı, tanınmış jurnalist Natiq Qədimov dəfn olunub.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, N. Qədimov bu gün Maştağa qəbristanlığında dəfn edilib.

Xatırladaq ki, N. Qədimov infarkt nəticəsində dünyasını dəyişib. Onun 41 yaşı var idi...

-----------

11:19

APA TV-nin noyabrın 22-də axşam saatlarında dünyasını dəyişən əməkdaşı, tanınmış jurnalist Natiq Qədimovun nəşi bu gün saat 14.00-da Maştağa qəbristanlığında torpağa tapşırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə APA TV-nin direktoru Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, cənazə saat 13.00-da mərhumun Naxçıvani küçəsi, "Lido" restoranın arxasında yaşadığı 9 mərtəbəli evin qarşısından götürüləcək.

Qeyd edək ki, APA-nın əməkdaşı, aparıcı Nəsimi Nəbizadə həmkarının dünyasını dəyişməsi barədə Facebook-dakı profildə belə yazıb:

"İşdən çıxıb, gəlib evə, zəng edib valideynlərinə, qardaşına... Deyib, gəlin bizə, qonaqlıq verirəm, həm də bir yerdə futbola baxaq, onlar da yığışıb gəlib. Natiq doğmaları ilə son dəfə görüşüb, onların gözü qarşısında, qəfildən, süfrə başında dünyasını dəyişib. Yaxın müddətdə ikinci dəfə ata olacaqdı".

Xatırladaq ki, infarktdan dünyasını dəyişən tanınmış jurnalist Natiq Qədimovun cəmi 41 yaşı vardı...

Allah rəhmət eləsin!

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.