Ölkə

Qızılgül və qərənfilə yeni gömrük idxal rüsumu tətbiq olunacaq

22 Noyabr 2017 18:36
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qızılgül və qönçələrlə bağlı tətbiq ediləcək yeni gömrük idxal rüsumları məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə əksini tapıb.
 
Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə əsasən qızılgülə gömrük dəyərinin 15 faizi dəyərində gömrük idxal rüsumu tətbiq edilir, qərənfil idxalı isə gömrük idxal rüsumundan azaddır. Gələn il yanvarın 1-dən isə qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu alınacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.