Ölkə

"Tarqovı"nın genişləndirilməsi gözlənilir - Niyə və nə vaxt?

23 Noyabr 2017 07:00
4 Şərh     Baxış: 5 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkədə turizmin inkişafı və paytaxta daha çox turistin cəlb edilməsi məqsədilə Bakının Nizami küçəsinin "Torqovaya" və ya "Tarqovı" adı ilə tanınan hissəsinə bənzər daha iki küçənin yaradılması təklif olunub. Bu küçələrin yalnız şəhərin mərkəzi hissəsində olacağı gözlənilir. Hələlik bu təklif müzakirə mərhələsindədir.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, hesab edilir ki, Bakının məhz mərkəzi hissəsində nəqliyyatsız gəzinti üçün yerlərin genişləndirilməsi məqsədəuyğundur: "Bu təkliflər çərçivəsində düşünürük ki, Bakıda "Tarqovaya" kimi nəqliyyata qapalı, sırf gəzinti, alış-veriş və istirahət üçün 1-2 küçənin yaradılması təqdirəlayiq olardı".

Büronun sözçüsü qeyd edib ki, bu küçələrin yalnız şəhərin mərkəzində yaradılması nəzərdə tutulur: "Çünki biz görürük ki, "Tarqovaya" adlanan yer həm yerli sakinlərə, həm də turistlərə belə demək mümkünsə, artıq dar gəlir. Amma eyni zamanda bu əraziyə maraq çoxdur. Ona görə də turistləri məmnun etmək üçün bu cür ərazilərin genişləndirilməsi təklif olunur. Lakin hələlik yeni "Tarqovaya"ların şəhərin yalnız mərkəzi hissəsində açılması təklif olunur, digər yerlərdə yox. Bununla bağlı biz təkliflərlərimizi müvafiq qurumlara təqdim etmişik, lakin hansı qərarın veriləcəyi bilinmir..."

Qeyd edək ki, yeni "Tarqovaya"nın yaradılması üçün Mərkəzi Univermaqdan şəhərin "5 mərtəbə" deyilən ərazisinə qədər hissəsində iki küçənin nəqliyyatın hərəkəti üçün bağlanması təklif edilir. 

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.