Ölkə

12 milyon dollar mənimsəməkdə təqsirləndirilən şəxs: "Zərərçəkmişlərə borcum yoxdur"

22 Noyabr 2017 17:45
0 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb. C.Canıyev bildirib ki, onun heç bir zərərçəkmişə borcu yoxdur.

Prosesdə çıxış edən zərərçəkmiş Novruz Rəsulov isə bildirib ki, C.Canıyevin ona 2 milyon 700 min dollar borcu var.

Zərərçəkmişə cavab olaraq C.Canıyev onun yalan danışdığını bildirib: "Mənim ona heç bir borcum yoxdur. Əksinə, Novruz Rəsulov mənə məxsus olan 4 min kvadratmetrlik qeyri-yaşayış sahəsini dələduzluqla ələ keçirib. Mən həmin obyektimi ondan tələb edirəm".

Prosesdə daha bir zərərçəkmiş ifadə verib. Bildirib ki, C.Canıyev onun 1 milyon 200 min dollarını dələduzluq yolu ilə mənimsəyib.

İş üzrə məhkəmə prosesi noyabrın 29-na təyin edilib.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla, onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.