Ölkə

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

22 Noyabr 2017 16:35
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qalib Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Süleymanova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Q.Süleymanov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduqluz, külli miqdarda törəldildikdə) maddəsi ilə itiham edilib.

O, iki nəfər şəxsə qarşı ümumilikdə 130 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinib. Məhkəmə istintaqı dövründə Q.Süleymanov zərərin bir hissəsini geri qaytarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.