Ölkə

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanlar ağır vəziyyətdə Bakıya gətirildi

22 Noyabr 2017 16:40
0 Şərh     Baxış: 1 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 21-də Lənkəranda yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində xəsarət alan 2 nəfər Bakıya gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib. Baş həkim bildirib ki, rayonun Separadi kənd sakinləri - Əbülfəz Məmmədov və Çingiz Allahverdiyev ağır yanıq xəsarətləri ilə mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər: "Əbülfəz Məmmədovun bədəninin 40 faizi, Çingiz Allahverdiyevin isə bədəninin 70 faizi yanıb. Hər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir".

Qeyd edək ki, noyabrın 21-də gündüz saatlarında Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Yanğın nəticəsində orada operator işləyən 1994-cü il təvəllüdlü Məmmədov Əbülfəz Əbülfət oğlu və 1971-ci il təvəllüdlü Allahverdiyev Çingiz Qubad oğlu yanıq xəsarətləri alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.