Ölkə

"Bu dərmanların əhaliyə pulsuz verilməsi üçün vəsait ayrılsın" - Deputatdan təklif

22 Noyabr 2017 13:30
1 Şərh     Baxış: 3 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda həkimlərin maaşlarının aşağı olması ölkədə tikilən çoxlu sayda müasir klinikaların effektiv çalışmasına maneəçilik törədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Ə.Əmiraslanov bildirib ki, builki dövlət büdcəsində səhiyyə xərcləri ötənilki xərclərdən azdır.

Komitə sədri vurğulayıb ki, heç olmasa əhalinin artımını nəzərə alaraq, səhiyyə xərclərini artırmaq lazımdır: "Əgər biz səhiyyə xərclərini sabit saxlasaq və ya azaltsaq, bu səhiyyə sahəsində problemlərə səbəb olacaq".

Ə.Əmiraslanov orqan transplantasiyasından sonra insanlara lazım olan dərmanlar üçün də maliyyə vəsiatinin ödənilməsi üçün maliyyənin artırılmasını təklif edib.

Komitə sədri bildirib ki, orqan transplantasiyasından sonra insanlara daim lazım olan dərmanlar baha olduğu üçün insanların buna imkanı çatmır: "Ona görə də xahiş edirəm ki, bu dərmanların alınması üçün büdcədə əlavə maliyyə vəsaiti nəzərdə tutulsun".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.