Ölkə

Elnarə Abdullayeva ondan şikayətçi olan kişinin adını açıqladı: Bir gün qardaşımı çağırdı ki... - FOTO

22 Noyabr 2017 13:11
5 Şərh     Baxış: 4 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı əməkdar artist Elnarə Abdullayeva olub.

Milli.Az xəbər verir ki, xanım sənətkar böyüyüb boya-başa çatdığı kəndə su çəkdirdikdən sonra gəzən şayiələr barədə danışıb.

Elnarə Abdullayeva açıqlamasında ondan şikayət edən şəxsdən də danışıb:

"Bu, külli miqdarda həm pul, həm də zəhmət apardı. Biri dedi "Bulaq qurudu", dilləri qurusun. Mən bu işi başlayanda, ümumiyyətlə, bizim kənddə - Qobustan rayonunun Çuxanlı kəndində su olmayıb. İki bulağımız var idi. Şükür Allaha 2 ildir su normasında gəlir. Deməli, bizim kənddə bir nəfər var. O, durmadan ərizə yazır. Bir gün qardaşımı çağırıb ki, "Orada ağac kəsmisiniz". Kəndin cavanları, qocaları ətəylərin çirməliyib bu bulağın çəkilməyində əziyyət çəkiblər.

Dedim, özü üçün danışır. Düzü, bərk təhqir də etdim onu. Ərizədə sözügedən ərazidə ağacların kəsildiyi qeyd edilib. O ərazidə ağac olmayıb, adi kol-kos olub. Bundan əlavə də ki, buradan Elnarə su işlətmir e.., bir qurtum içir oradan. Bu, xalqa məxsusudur. Mirzəli adında kişidir. Demişəm ki, bir də belə hərəkət edərsə, camaat onu kənddən çıxaracaq. Orada bir quyu deyil. Orada böyük, baseynlər, motorlar, transformatorlar var. Bu, böyük bir layihədir. Oranın özünün işçiləri var".

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.