Ölkə

Dünən baş vermiş ağır qəzada yaralananların vəziyyəti barədə RƏSMİ AÇIQLAMA

22 Noyabr 2017 11:14
0 Şərh     Baxış: 1 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax magistral yolunun 16-cı kilometrliyində - paytaxtın Qaradağ rayonu ərazisində dünən baş verən ağır yol qəzasında yaralanaraq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti orta ağırdır.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə nəticəsində yaralanan 10 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Onların 2-nə ambulator yardım göstərilib və evə buraxılıb. Xəstəxanaya yerləşdirilən 8 nəfərdən 2-si bu gün səhər digər tibb müəssisələrinə köçürülüb.

Hazırda KTM-də müalicəsini davam etdirən qalan 6 nəfərin vəziyyəti orta ağırdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.