Ölkə

Bu avtobus hər an aşa bilər - VİDEO

22 Noyabr 2017 10:58
1 Şərh     Baxış: 2 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Koroğlu" metro stansiyası - Pirşağı qəsəbəsi marşrutunda hərəkət edən avtobuslardan biri qəza vəziyyətində olmağına baxmayaraq, hər gün yüzlərlə sərnişin daşıyır. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 173 saylı marşrut xəttinə məxsus avtobusun bir hissəsi çöküb. Sərnişinlər mindikdə isə sağ hissəsi az qala yerlə sürünür. Bu da hər an qəza ola biləcəyini qaçılmaz edir. 

Sərnişinlər bildirirlər ki, bir neçə aydır sözügedən nəqliyyat bu vəziyyətdədir. Lakin alternativ olmadığı üçün həmin avtobusdan istifadə etməyə məcburdurlar.

Heç bir şərh vermədən avtobusun görüntülərini təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.