Ölkə

Mətanət Əsədova canlı yayımda zülm-zülm ağladı - Anama görə onu itirdim - FOTO

22 Noyabr 2017 10:40
14 Şərh     Baxış: 8 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün "5/5" verilişinin qonaqlarından biri Mətanət Əsədova olub.

Milli.Az xəbər verir ki, xanım ifaçı digər müğənni qonaq, əməkdar artist Baloğlan Əşrəfovla Rəşid Behbudovun repertuarından "Əziz ana" mahnısını ifa edərkən gözyaşlarını canlı yayımda saxlaya bilməyib. 

Mətanət gözyaşlarının səbəbini belə izah edib:

"Mən hər zaman söz verirəm ki, ağlamayacam. Amma yenə ağlayıram. Bilirsiniz nədir bu? Mən anamla yanaşı o boyda səs itirdim, o boyda sənət itirdim anama görə. Bizdə hamı yerbəyer olmuşdu. Anam mənlə qalırdı. Mən anamı çox sevirdim, indi də sevirəm".

Qeyd edək ki, Mətanətin anası illər öncə dünyasını dəyişib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.