Ölkə

Keçmiş arvadını öldürərək qaçan şəxs tutuldu - Gədəbəydə

22 Noyabr 2017 10:05
1 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən ayın əvvəli Gədəbəydə keçmiş həyat yoladaşını qətlə yetirib hadisə yerindən qaçan şəxs saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Arıxdam kənd sakini, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın boğazını kəsərək hadisə yerindən qaçan 29 yaşlı Fariz Muxtarov aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. F.Muxtarovun Şəmkir rayonunda, babasının yanında gizləndiyi məlum olub. O, istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən şəxslə qətlə yetirilən qadın 2 il əvvəl boşanıb və onların evliliyindən iki azyaşlı övladı olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.