Ölkə

Balakəndə kişi həyat yoldaşını bıçaqladı - Vəziyyəti ağırdır

22 Noyabr 2017 09:55
0 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən rayonunda kişi həyat yoldaşını ölümcül bıçaqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qullar kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü İbadov Raman Cümşüd oğlu eyni ünvanda yaşadığı həyat yoldaşı, 1987-ci il təvəllüdlü İbadova Esmira Cümşüt qızı ilə mübahisə edib. Mübahisə nəticəsində R.İbadov həyat yoldaşına bir-neçə bıçaq zərbəsi vuraraq öldürmək istəyib. Ailə üzvlərinin köməyi ilə qadın xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində R.İbadov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.