Ölkə

"Banklar indi vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov

21 Noyabr 2017 17:04
6 Şərh     Baxış: 1 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Banklar vətəndaşlara mübahisəli kreditlərlə bağlı kömək etməlidirlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, əhali ilə Mərkəzi Bank arasında anlaşma olsa da, ortada kommersiya bankları qazanc əldə edirlər:

"İndi həmin banklar mübahisəli kreditlərlə bağlı köməklik etməlidirlər. İllərlə qazanc əldə ediblər, indi vətəndaşlara kömək etsinlər. Kommersiya bankları vətəndaşların hüquqlarının qorunması istiqamətində ciddi nəzarətə alınmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.