Ölkə

Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün

21 Noyabr 2017 16:48
1 Şərh     Baxış: 2 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Abşeron rayon sakinləri Orxan Atayev, Miqdar Məmmədov və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Məhkəmənin hökmü ilə ilə M.Məhərrəmov və Orxan Atayevə 8 il cəza verilib.

Ev dustaqlığında olan Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Miqdar Məmmədov 17 yaşlardan ibarət milli futbol komandasının üzvü olub.

İttihama görə, təqsirləndirilən şəxslər kafedə oturub yeyib-içdikdən sonra İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyev gənclərdən onları daha yaxşı əylənə, yeyib-içə biləcəkləri bir məkana aparmalarını istəyiblər və bildiriblər ki, onların hesabını da ödəyəcəklər.

Bakıda məkanlardan birinə gələn şəxslər yeyib-içdikdən sonra hesabın 750 manat edib. İran vətəndaşı hesabı ödəməkdən imtina edib.

Təqsirləndirilən şəxslər İran vətəndaşı Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.