Ölkə

Bakıda temperatur yenə iqlim normasını keçdi

21 Noyabr 2017 16:14
4 Şərh     Baxış: 2 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.

Milli.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi üstünlük təşkil edib, 19 dərəcəyədək isti müşahidə edilib.

Belə hava şəraitinin əvvəlki illərdə noyabr ayının ayrı-ayrı günlərində müşahidə edildiyini deyən G.Məmmədova qeyd edib ki, sabahdan başlayaraq, ölkə ərazisində havanın temperaturu 5-7 dərəcə enəcək. Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasına yaxın olacaq.

Qeyd edək ki, sabah qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.