Ölkə

Lənkəranda yanacaqdoldurma məntəqəsində YANĞIN: Yaralılar var - ADLAR - YENİLƏNİB - VİDEO - FOTO

21 Noyabr 2017 15:29
3 Şərh     Baxış: 1 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:29

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alan şəxslərin adları məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alanların hər ikisi rayonun Separadi kənd sakinləridir.

Hadisə nəticəsində ağır xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əbülfəz Əbülfət oğlu və 1971-ci il təvəllüdlü Allahverdiyev Çingiz Qubad oğlu ağır yanıq xəsarətləri ilə Lənkəran şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda hər iki şəxs xəstəxananın reanimasiya şöbəsindədirlər.

----------

15:21

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Separadi kəndində Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə nəticəsində iki nəfər xəsarət alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri çağırılıb.
 
Yanğın lokallaşdırılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Lənkəranda yanacaqdoldurma məntəqəsində YANĞIN: Yaralılar var - ADLAR

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.