Ölkə

Nazir Azərbaycanın iqtisadi vəziyyəti haqqında danışdı - YENİLƏNİB

21 Noyabr 2017 13:51
Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:51

"Azərbaycanda iqtisadiyyatın resessiya tempi bir il ərzində 3,9 faizdən 0,6 faizədək azalıb".

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə paketinin müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycanın qeyri-neft sektoru da 2,5 faiz artıb: "Qeyri-neft ixracının stimullaşdırılması nəticəsində xarici ticarət balansında 4,4 milyard dollar həcmində müsbət saldo yaranıb".

S.Şərifov qeyd edib ki, valyuta ehtiyatlarına qənaət, ölkəyə valyuta daxilolmalarının artması, eləcə də monetar və fiskal tədbirlər nəticəsində dövlət büdcəsindəki kəsir ilin əvvəlindən 12 faiz bəndi azalıb və bu ilin 9 ayı ərzində ÜDM-nin 1,2 faizi qədər profisit əldə edilib: "Dövlət sektorunun birgə valyuta ehtiyatları hesabat dövründə 10 faiz və ya 4,5 milyard dollar artıb. Eləcə də ilin əvvəlindən manatın məzənnəsi dollara nisbətdə 10 faizdən çox möhkəmlənib".

-----------

13:40

Maliyyə naziri Samir Şərifov milli valyutanın məzənnəsinin möhkəmlənməsindən danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər  verir ki, parlamentdə büdcə zərfinin müzakirəsi zamanı  çıxış edən S.Şərifov qeyd edib ki,  cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib. Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb. 

Həmçinin cari ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb. Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.