Ölkə

Bakıda avtobus sürücüsündən inanılmaz özbaşınalıq

21 Noyabr 2017 14:02
4 Şərh     Baxış: 4 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhər sakini Milli.Az-a müraciət edərək paytaxtın ictimai nəqliyyatında baş vermiş və şahidi olduğu qanunazidd, eləcə də nalayiq hadisə barədə məlumat verib.

Onun sözlərinə görə, noyabrın 17-də saat 17.30-da 10 TF 555 dövlət qeydiyyat nişanlı, 165 nömrəli marşrut üzrə Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə hərəkətdə olan avtobus "Kaktus" restoranın yaxınlığında olarkən qəfildən dayanıb. Daha sonra sürücü və avtobusdakı yeniyetmə oğlan konduktor heç bir səbəb göstərmədən sərnişinləri qeyri-qanuni olaraq məcburən, kobud şəkildə avtobusdan düşürtməyə başlayıblar: "Biz buna etiraz etdik, amma sərnişinlərin etirazı heç bir nəticə vermədi.

Lakin yanında azyaşlı uşağı olan bir qadın avtobusdan düşən kimi sürücü yenidən yoluna davam etdi. Sürücü dedi ki, ona məhz həmin qadının avtobusdan düşməsi lazım olduğu üçün belə bir qurama hərəkətə əl atıb. Biz bundan əvvəl sürücü ilə həmin qadın arasında hansı dialoqun və ya xoşagəlməz insidentin baş verdiyini bilmirik, amma əliuşaqlı bir anaya qarşı belə nalayiq davranılması yolverilməzdir və ikrah hissi doğurur".

Sərnişinin sözlərinə görə, o, bu barədə artıq Bakı Nəqliyyat Agentliyinə də məlumat verib. Vətəndaş məsələnin yubanmadan araşdırılmasını istəyir. Onun fikrincə, həmin sürücü sərnişinlərə, xüsusən də uşaqlı qadına qarşı belə nalayiq, vicdansız hərəkətinə görə dərhal işdən qovulmalı, hətta həbs edilməlidir.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.