Ölkə

İmtahanda aşağı bal toplayan gənc İNTİHAR ETDİ - Azərbaycanda

20 Noyabr 2017 17:31
6 Şərh     Baxış: 3 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdam rayonunda intihar hadisəsi olub. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar edib.

İlkin məlumata görə, o, ali məktəbə qəbul olmaq üçün rayonda fəaliyyət göstərən hazırlıq kurslarından birinə gedirmiş. Q.Rzayev kurs imtahanında aşağı bal topladığı üçün intihar edib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.