Ölkə

Azərbaycanda 180 min müxtəlif qüsurlu uşaq aşkarlanıb

20 Noyabr 2017 13:36
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Azərbaycanda uşaqların 70 faizi icbari dispanserizasiyaya cəlb edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, ölkədə cari il ərzində 180 min müxtəlif qüsurlu uşaq aşkarlanıb.

Onun sözlərinə görə, həmin uşaqların üzərində sağlamlaşdırıcı tədbirlər həyata keçirilir.

E.Ağayev qeyd edib ki, bu il 68 min uşaq dispanser qeydiyyatına götürülüb: "Dispanserizasiya tədbirləri böyüklərə də şamil edilir. Ölkə prezidentinin tövsiyə və tapşırığı ilə böyüklər arasında da dispanserizasiya tədbirləri həyata keçirilir. Belə ki, ölkənin 7,2 milyon böyük əhalisinin 5,5 milyonu cari ilin mart-may aylarında aparılan sağlamlaşdırıcı tədbirlərə cəlb edilib. Valideynlərə də tövsiyə olunmalıdır ki, bu tədbirlərdən yayınmasınlar. Ümumilikdə, Azərbaycanda uşaqların 90 faizi icbari dispanserizasiyaya cəlb olunur, sadəcə olaraq, vaksinasiyadan yayınanlar var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.