Ölkə

Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib - FOTO

18 Noyabr 2017 14:48
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Silahlı Qüvvələr miqyasında davam edən komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbər heyəti komanda idarəetmə məntəqəsindən dəniz poliqonunda təlim tapşırıqlarını yerinə yetirən qüvvə və vasitələrin manevrlərini, eləcə də döyüş atışlarını izləyib.

Ssenariyə əsasən Azərbaycanın Xəzər dənizindəki ərazi sularında olan enerji infrastrukturlarının mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin gəmi qrupunun əməliyyatlarının planlaşdırılması, aviasiyanın dəstəyi ilə şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetirilib.

Xüsusi təyinatlıların şəxsi heyəti, döyüş gəmiləri, katerlər və helikopterlərin cəlb olunması ilə keçirilən təlimlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.