Ölkə

Bakıda yeni televiziya qülləsinin istifadəyə veriləcəyi TARİX açıqlandı

17 Noyabr 2017 17:57
0 Şərh     Baxış: 3 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda alternativ televiziya qülləsinin 2018-ci ildə istifadəyə verilməsi gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə "Teleradio" İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, alternativ televiziya qülləsinin istifadəyə verilməsi üzrə işlər demək olar ki, başa çatıb: "Hazırda biz lazımi avadanlığın tədarük olunmasını gözləyirik. Bu, yaxın zamanlarda baş verəcək. Alternativ televiziya qülləsi zərurət yaranacağı təqdirdə, məsələn efir məkanında profilaktika keçirilərkən işə salınacaq".

Əvvəlcə alternativ televiziya qülləsi vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai radio yayımlanacaq.

Qeyd edək ki, alternativ televiziya qülləsi Nərimanov rayonunda yerləşir və Bakı Teleqüllə Kompleksi ilə əlaqələndiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.