Ölkə

Aprel döyüşləri ilə bağlı medal təsis edilməsi təklif olunur

17 Noyabr 2017 14:22
1 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ilin aprel döyüşləri ilə bağlı yeni medal təsis edilməsi təklif olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bu gün keçirilən iclasında "Rəşadət" ordeninin təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, aprel döyüşlərində iştirak edən və qəhrəmanlıq göstərən hərbçilərin həmin medalı sinələrində daşımağa haqları var.

Qeyd edək ki, 2016-ci ilin aprel döyüşləri Azərbaycanın qələbəsi, 2 min hektardan artıq ərazinin erməni işğalından azad edilməsi ilə nəticələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.