Ölkə

Xalq artisti efirdə xanımının "Mənə xəyanət etmisən?" sualına verdiyi cavabla ŞOK ETDİ - FOTO

17 Noyabr 2017 11:15
26 Şərh     Baxış: 21 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Xəzər telekanalında yayımlanan "5/5" verilişinin qonağı olan xalq artisti Rafiq Hüseynov (Rəmiş) və xanımı Gülü Zaurun "sürpriz"i ilə qarşı-qarşıya qalıblar.

Milli.Az xəbər verir ki, aparıcı Gülünün adından hazırladıqları sualları onun dilindən Rəmişə ünvanladıb.

Rəmişlə Gülünün sual-cavab əsasında yaranan maraqlı dialoqunu təqdim edirik:

Mənə görə gitaranı atarsan?

- Yox!

Mənə xəyanət eləmisən?

- 50 dəfə.

Maşını satıb, mənə bahalı şuba alarsan?

- Mənim Ehtiram kimi, Təyyar kimi dostlarım var. Maşını satınca, onlara deyərəm "Gülüyə şuba alıb, gətirin", alıb gətirərlər. Bu da olmasın iki milyarderin toyu.

Evi mənim adıma keçirərsən?

- Çoxdan keçirmişəm, evi də, maşını da. Ona görə ki, insan ömrü çox qısadır. Xəstələnməyi var, ölməyi var. Mənim başıma nəsə gələrsə, bəzi qohum-əqraba o mülk üçün Gülüylə davaya qalxmasınlar, ona görə. 

Mənim ad günüm nə vaxtdır?

- Yadımda deyil o. 

Məni çox istəyirsən, yoxsa gitaranı?

- İkinizi də eyni səviyyədə. Biri pul gətirir, biri də əziyyətimi çəkir.

Mənim dalımca danışmısan?

- Çox. 

Camaatın yanında sevgini mənə sübut edə bilərsən?

- Camaatın yanında? Camaatın yanında sevgi olar?!(gülür) 

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.