Ölkə

Bakıda polis 15 nəfərin döydüyü 2 gənci belə xilas etdi - VİDEO

17 Noyabr 2017 11:14
4 Şərh     Baxış: 4 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol polisi əməkdaşları iki gənci ölümdən qurtarıb.

Milli.Az xəbər verir ki, bu barədə avtosfer.az-a şahidlər məlumat verib.

Şahidlərin sözlərinə görə, noyabrın 14-də, axşam saatlarında Nəsimi rayonu ərazisində yol kənarında bir qrup gənc arasında əlbəyaxa dava baş verib.
Təxminən 15 gənc oğlan iki nəfəri kafedən çölə çıxaraq yol kənarında döyməyə başlayıblar. Bu zaman yoldan keçən DYP-nin YPX Alayının 11-ci tağımının əməkdaşları "99 YP 468" nömrəli patrul avtomobilini saxlayaraq dava edən şəxsləri sakitləşdirməyə başlayıblar.

Polis əməkdaşlarından biri Elnur Həsənov olub. O, həmkarı ilə birlikdə davanı sakitləşdirərkən bir qrup şəxsin iki nəfəri amansızcasına döydüyünü görüb. Yol polisləri dərhal həmin 2 nəfəri azğınlaşmış gənclərin əlindən alaraq YPX avtomobilinin yanına gətiriblər.

Lakin digər tərəfdən olan şəxslərdən biri gənclərdən birinin qoluna bıçaqla xəsarət yetirib. Polislər dərhal həmin şəxsi tutaraq bıçağı onun əlindən alıblar. Az sonra DYP əməkdaşlarının dəvəti ilə əraziyə Post-Patrul Xidmətinin əməkdaşları gəlib. Yol polisləri saxlanılan şəxsləri, eləcə də döyülən iki nəfəri, habelə bıçağı onlara təhvil verəndən sonra ərazidən uzaqlaşıblar və xidmətə davam ediblər.

Məlumata görə, həmin iki nəfər kafedə söyüş söydüyü üçün bir qrup şəxs onları bayıra çıxaraq döyüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda polis 15 nəfərin döydüyü 2 gənci belə xilas etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.