Ölkə

Mağazadan 10 min manatdan çox pul oğurlandı - FOTO

16 Noyabr 2017 14:33
0 Şərh     Baxış: 1 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax rayonunda mağazadan 10 min manatdan çox pul oğurlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Qax şəhərində, Vaqif Eyvazov küçəsində yerləşən marketlərdən birində qeydə alınıb.

Belə ki, şəhər sakini Tamara Abuzər qızı Məmmədova Qax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək işlədiyi mağazadan naməlum şəxs və ya şəxslərin 10 000 AZN və 100 ABŞ dolları, həmçinin kassadan 300 manat pulu gizli yolla talayaraq ona maddi ziyan vurduğunu bildirib.

Market sahibinin "Report"a verdiyi məlumata görə, bir müddət əvvəl həyat yoldaşı avtomobilini sataraq 10 min manatı mağazada saxlayıb. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.